Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin görüşü
Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin mayın 9-da Moskvada görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın olduğu qeyd edildi. Azərbaycan ilə Xorvatiya arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, perspektivlərin müəyyənləşdirilməsinin zəruriliyi vurğulandı.
Həmçinin görüşdə
humanitar sahədə əlaqələrimizin genişləndirilməsi
ilə bağlı məsələlər müzakirə
olundu. Azərbaycan ilə Xorvatiya arasında münasibətlərin
bundan sonra da möhkəmlənəcəyinə
əminlik ifadə edildi.
AzərTAc
Azərbaycan.- 2010.- 12 may.- S.
2.