Rusiya Federasiyasının Prezidenti zati-aliləri cənab Dmitri Medvedevə

 

Hörmətli Dmitri Anatoliyeviç!

Kemerovo vilayətindəki "Raspadskaya" şaxtasında partlayışlar nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirmişdir.

Azərbaycan xalqı adından şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 10 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 12 may.- S.  2.