Ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü xarici ölkələrdə qeyd edilmişdir

 

Moskva

 

Mayın 10-da Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin qonaq evində xalqımızın ümummilli lideri, görkəmli siyasi dövlət xadimi Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş təntənəli qəbul təşkil edilmişdir.

Mərasimdə Rusiyanın rəsmi şəxsləri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Azərbaycanla Dostluq Cəmiyyətinin nümayəndələri, bir sıra ölkələrin səfirləri, ali məktəb rektorları, müharibə veteranları, habelə Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin binasındakı barelyefinin qarşısına çiçəklər qoymuşlar.

Səfir Polad Bülbüloğlu Heydər Əliyev şəxsiyyətinin miqyasından, ulu öndərin yorulmaz fəaliyyəti sayəsində beynəlxalq aləmdə layiqli yer tutan suveren Azərbaycan dövlətinin təşəkkül tapmasında möhkəmlənməsində onun rolundan söz açmışdır.

Diplomat demişdir ki, ümumxalq sevgisindən başqa heç nəyi olmayan böyük siyasi xadim dağılmaq vətəndaş müharibəsi təhlükəsi qarşısında olan Azərbaycana çox ağır bir dövrdə başçılıq edərək onu parçalanmaqdan xilas etmişdir. Səfir demişdir: "Onun başlıca silahı həmişə xalqın sevgisi olmuşdur. Heydər Əliyev müasir Azərbaycanın qeyd-şərtsiz memarıdır. Deyirlər ki, insan xatırlandıqca yaşayır. Xalqımız üçün o, daim yaşayacaqdır". Səfir ulu öndərin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı möhkəmlənməsindəki rolundan da danışmışdır.

MDB-nin icraçı katibi Sergey Lebedev, ictimai xadim Ramazan Abdulatipov, RF Federasiya Şurasının üzvü Aleksandr Dzasoxov, Konstitusiya Məhkəməsinin sabiq sədri Marat Baqlay başqaları XX əsrin görkəmli siyasi xadimi barədə xoş xatirələrini bölüşərək bildirmişlər ki, ulu öndər xalqına ölkəsinə həmişə qəlbən bağlı olmuş, onun təəssübünü çəkmişdir. Heydər Əliyev onların müdrik müəllimi gözəl insan olmuşdur. Natiqlər xüsusi vurğulamışlar ki, Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin layiqli siyasi varisidir. Azərbaycanın beynəlxalq aləmdə ölkə daxilində qazandığı böyük nailiyyətlər, onun dinamik sosial-iqtisadi inkişafı bunu bir daha təsdiqləyir.

 

Ankara

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə ölkəmizin Türkiyədəki səfirliyi bir sıra tədbirlər keçirmişdir.

Mayın 10-da səfir Zakir Həşimov "TRT Avaz" İctimai Televiziya Radio Yayımları Şirkətinin müştərək hazırladığı "Yeni gün" proqramında iştirak etmiş, ümummilli liderimizin həyat fəaliyyəti ilə bağlı sualları cavablandırmışdır.

Bu televiziya kanalında ümummilli lider Heydər Əliyevin akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən "Bir məhəbbətin tarixçəsi" sənədli filmi nümayiş etdirilmişdir. Filmi telekanala səfirlik təqdim etmişdir.

Həmin gün Ankaradakı Heydər Əliyev parkı ziyarət edilmiş, ulu öndərin heykəlinin önünə əklil qoyulmuşdur. Ziyarətdə soydaşlarımız, Heydər Əliyev adına məktəbin müəllim şagird heyəti, Ankarada təhsil alan tələbə müdavimlərimiz, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Sonra səfirliyimizdə Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən ölkəmizin Türkiyədəki səfiri Zakir Həşimov Heydər Əliyevin Azərbaycan xalqı türk dünyası qarşısında xidmətlərindən bəhs etmişdir. O demişdir ki, ulu öndərin xalqımız qarşısında xidmətlərinin nəticələrini görmək üçün bu gün sürətlə inkişaf edən güclü Azərbaycana baxmaq lazımdır.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov vurğulamışdır ki, ulu öndərin qəlbi hər zaman "bir millət, iki dövlət" kəlamı ilə xüsusi rəğbət bəslədiyi Türkiyənin yanında olmuşdur. Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin siyasətində Türkiyənin əhəmiyyəti böyükdür. Bu siyasət, dünyadakı dəyişikliklərdən asılı olmayaraq, qardaş ölkələrimizin milli maraqlarını birgə qorumaq xarici təhdidlərə birlikdə cavab vermək təməli üzərində qurulmuşdur.

Ulu öndər Heydər Əliyevin dostu, Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl çıxışında bildirmişdir ki, Türkiyə "soyuq müharibə" başa çatdıqda yeni dünya meydana gəldikdən sonra yaranmış vəziyyətə hazır deyildi. Ankara, başda Azərbaycan olmaqla müstəqilliyini bərpa etmiş türk cümhuriyyətlərini tanıdı. Lakin o zaman Azərbaycanın içərisində böyük sıxıntılar, qeyri-sabitlik var idi. Belə ağır bir zamanda tarixi şəxsiyyət - Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. O zaman Türkiyənin hökumət rəhbəri kimi ona deyirdim ki, sən Naxçıvandan Bakıya getməlisən, Bakı səni gözləyir. Həmin vaxt Elçibəy mənə telefon etdi. Ona söylədim ki, Heydər Əliyevlə birlikdə hərəkət et hakimiyyəti küçələrə təslim etmə. Beləliklə, Heydər Əliyev Azərbaycanın rəhbəri oldu. Sonrakı mərhələdə sabitlik bərpa olunmalı, Azərbaycan xalqı yoxsulluqdan qurtulmalı, beynəlxalq aləmdə öz yerini tutmalı idi. Bunları yalnız Heydər Əliyev edə bilərdi. O, hürriyyət sevən Azərbaycan xalqına azadlıq bəxş etdi. Heydər Əliyev dünyaya qucaq açdı "Əsrin müqaviləsini" imzalamaqla iqtisadiyyata nəfəs verdi. Bu böyük siyasətçi "bir millət, iki dövlət" kəlamını söyləyərək Türkiyə ilə qardaşlıq əlaqələrinin möhkəmlənməsinə misilsiz töhfələr verdi. Heydər Əliyev bütün türk dünyasının böyük şəxsiyyətidir. O, dünya lideri olmuş siyasətçidir. Bu gün Prezident İlham Əliyev onun siyasətini layiqincə davam etdirir.

Süleyman Dəmirəl çıxışını bu sözlərlə tamamlamışdır: "Heydər Əliyevin qurduğu Azərbaycan Cümhuriyyətinin təməlinə qoyduğu sevgi əbədi olaraq yaşadılmalıdır".

Mərasimin bədii hissəsində Azərbaycan bəstəkarlarının əsərləri İhsan Doğramacı Universitetinin azərbaycanlı musiqiçiləri tərəfindən ifa olunmuşdur.

Tədbirdə Türkiyənin rəsmi dairələrinin, ictimaiyyətinin nümayəndələri, səfirliklərin əməkdaşları, soydaşlarımız, tələbələr, yerli jurnalistlər iştirak etmişlər.

 

Strasburq

 

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, mayın 10-da Strasburqda Avropa Parlamentarlar Assosiasiyasının mənzil-iqamətgahında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə bağlı mərasim keçirilmişdir.

Mərasimdə Avropa Şurası Nazirlər Komitəsinin 120-ci sessiyasında iştirak etmək üçün Strasburqa səfərə gəlmiş xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, nümayəndəliyin əməkdaşları, xarici qonaqlar, diasporumuzun təmsilçiləri tələbələr iştirak etmişlər.

Tədbirdə dünyanın tanınmış siyasət dövlət xadimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin mənalı həyat yolu, zəngin siyasi fəaliyyəti barədə ətraflı məlumat verilmiş, xalqımızın müstəqilliyi naminə gərgin əməyindən bəhs edilmiş, Azərbaycanın ən ağır çətin vaxtlarında xalqın istəyi arzusu ilə yenidən hakimiyyətə gəlmiş ulu öndərin uğurlu siyasəti nəticəsində ölkədə sabitliyin bərqərar olduğu, qısa zamanda iqtisadiyyatda əsaslı dönüş yarandığı qeyd edilmişdir. Çıxışlarda ömrünü bütünlüklə Azərbaycanın çiçəklənməsinə, xalqının işıqlı gələcəyinə həsr etmiş ulu öndərin yorulmaz fəaliyyəti nəticəsində ölkəmizin inkişaf etdiyi, beynəlxalq aləmdə imicinin yüksəldiyi vurğulanmışdır.

Mərasimdə unudulmaz xatirəsi xalqımız tərəfindən daim uca tutulan ümummilli liderimiz Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən xüsusi stend nümayiş etdirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2010.-12 may.- S.6