Azərbaycan Diplomatik Akademiyasında dahi lider Heydər Əliyevin xatirəsi anılmışdır

 

Mayın 10-da Azərbaycan Diplomatik Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə akademiyanın əməkdaşları magistrantları, gənc diplomatlar, habelə müxtəlif nazirliklərin beynəlxalq münasibətlərə dair qısamüddətli kursları dinləyən əməkdaşları iştirak etmişlər.

Azərbaycan Diplomatik Akademiyasının rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev Heydər Əliyevi bir nömrəli diplomat adlandırmış ümummilli liderin uzaq ağır 1990-cı illərdə ABŞ-a ilk səfəri ilə bağlı xatirələrini bölüşmüşdür. Rektor Heydər Əliyevin Vətənin milli maraqlarını qoruması, amerikalılara Qarabağ problemi barədə məlumat verməsi, prezidentlər Klinton Buş ilə görüşlərindən müstəqilliyimizin möhkəmlənməsi üçün istifadə etməsi barədə konkret faktlar əsasında danışmışdır. H.Paşayev demişdir: "Heydər Əliyev dünya geosiyasətinin əsl qrossmeysteri idi. Heç kim dünyanın müasir xəritəsində Azərbaycanın yerini onun kimi müəyyənləşdirə bilməzdi".

Tədbirdə tələbələrin ulu öndərin ABŞ-a rəsmi səfərləri onların Azərbaycanın suverenliyinin möhkəmləndirilməsində, ölkənin müstəqil xarici siyasətinin müəyyən edilməsində rolu barədə sualları cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2010.- 12 may.- S.  6.