"Əməkdar
hüquqşünas" fəxri
adı təntənəli
şəraitdə təqdim
olunmuşdur
Məhkəmə-Hüquq Şurasında keçirilən tədbirdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş mütərəqqi hüquqi islahatların həyata keçirilməsində səmərəli fəaliyyətlərinə və vəzifələrini nümunəvi yerinə yetirdiklərinə görə dövlətimizin başçısı tərəfindən "Əməkdar hüquqşünas" fəxri adına layiq görülmüş bir qrup hüquqşünasa fəxri adlar təqdim olunmuşdur.
Tədbirdə çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov demişdir ki, milli dövlətçiliyimizin qurucusu Heydər Əliyev müasir hüquq sistemimizin də müəllifidir. Onun bilavasitə rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli hüquqi islahatların müsbət nəticələri göz qarşısındadır. Əbədiyaşar liderimizin dövlət inkişafı kursunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyən nazir "Əməkdar hüquqşünas" fəxri adına layiq görülmüş hüquqşünaslara bu yüksək təltifin məhz Heydər Əliyevin doğum günü təqdim olunduğunu vurğulamışdır.
Sonra "Əməkdar hüquqşünas" fəxri adının vəsiqəsi və döş nişanı təntənəli təqdim edilmişdir.
Bu fəxri ada layiq görülmüş
hüquqşünaslar çıxış
edərək onların
fəaliyyətinə verilmiş
yüksək qiymətə
görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını
ifadə etmiş, təqdimetmə mərasiminin
bu əlamətdar gündə keçirilməsinin
üzərlərinə böyük
məsuliyyət qoyduğunu
söyləmişlər. Təltif
olunanlar Heydər Əliyevin tərəqqipərvər
ideyalarının və
yüksək amallarının
həyata keçirilməsi
üçün bundan
sonra da əzmlə çalışacaqlarına
söz vermişlər.
AzərTAc
Azərbaycan.- 2010.- 12 may.- S.
6.