Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndirir

 

Azərbaycan Prezidentinin ölkədə idmanın inkişafına göstərdiyi diqqət qayğı beynəlxalq idman yarışlarında öz müsbət nəticələrini göstərir. Bu göstərici, eləcə Azərbaycanın Səhiyyə, Gənclər İdman, Təhsil, Əmək Əhalinin Sosial Müdafiəsi nazirliklərinin ölkədə idmanın inkişafı ilə bağlı əməkdaşlığı birgə fəaliyyəti digər ölkələr üçün əsl nümunə olmalıdır.

Bu sözlər mayın 11-də Milli Məclisin Sədri Oqtay Əsədovun ölkəmizdə səfərdə olan Beynəlxalq Paralimpiya Komitəsinin sədri Filip Kravenlə görüşündə səslənmişdir.

Oqtay Əsədov paralimpiya idmanı sahəsində görülən işlər, Azərbaycanda idmana göstərilən diqqət qayğıdan danışmışdır. Milli Məclisin Sədri demişdir ki, dövlətin dövlətimizin başçısının idmana göstərdiyi böyük diqqət sayəsində Azərbaycanın beynəlxalq yarışlarda qazandığı uğurların sayı ilbəil artır. Sonuncu paralimpiya oyunlarından idmançılarımızın 10 medalla qayıtması bunu bir daha təsdiqləyir. Bu gün ölkəmizdə ən müasir tələblərə cavab verən beynəlxalq idman kompleksləri fəaliyyət göstərir.

Filip Kraven Azərbaycanda ona göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir. Azərbaycanda olmaqdan şərəf hissi duyuram, - deyən Beynəlxalq Paralimpiya Komitəsinin sədri ölkəmizdə idmana göstərilən qayğını yüksək qiymətləndirmişdir. O, Azərbaycan Prezidentinin dövlətimizin başçısı seçildikdən sonra Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində qalmasını da ölkədə idmana göstərilən qayğının bariz nümunəsi kimi dəyərləndirmişdir.

Filip Kraven Azərbaycanda olimpiya, paralimpiya hərəkatının inkişafı istiqamətində Təhsil, Səhiyyə, Gənclər İdman nazirliklərinin səmərəli əməkdaşlığını da yüksək qiymətləndirmişdir.

Qonaq sonra demişdir ki, Beynəlxalq Paralimpiya Komitəsi Azərbaycanda idmanın, paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidentini "Şərəf" medalına layiq görmüşdür. O həmin medalı Azərbaycan Prezidentinə təqdim etməyi Oqtay Əsədovdan xahiş etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  12 may.- S.  7.