Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

Azərbaycanda işgüzar səfərdə olan Rusiyanın müdafiə naziri Anatoli Serdyukov mayın 11-də müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşmüşdür.

A.Serdyukov ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət etmişdir. Sonra rusiyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilmiş, hər iki ölkənin dövlət himnləri səslənmişdir.

Görüşdə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

S.Əbiyev bildirmişdir ki, ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması istiqamətində səyləri nəticə vermir bu sahədə fəallığı artırmaq lazımdır. Bütün səylər münaqişənin dinc yolla həll edilməsinə yönəlməlidir, əks təqdirdə, vəziyyət region üçün arzuolunmaz həddə çata bilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 12 may.- S.  9.