Almaniyalı rəssam Peter Föllerin sərgisində Azərbaycana həsr
olunmuş əsərləri də nümayiş etdirilmişdir
Berlində tanınmış
almaniyalı rəssam Peter Föllerin
yaradıcılıq sərgisi keçirilmişdir.
Azərbaycana dost münasibətilə
seçilən P.Föller öz
yaradıcılığında ölkəmizin
ağrılı problemlərinə də müraciət etmişdir.
Sərgidə rəssamın Azərbaycana
həsr etdiyi "Abşeron"
və "Odlar yurdu"
əsərləri də göstərilmişdir.
Azərbaycanın Almaniyadakı səfiri
Pərviz Şahbazov rəssamın
yaradıcılığı barədə danışaraq, onun xalqımızın dostu
olduğunu qeyd etmişdir. Səfir P.Föllerin bəşəriyyət tarixinin qanlı səhifələrindən biri - Xocalı soyqırımına həsr etdiyi əsəri barədə danışarkən
rəssamın Azərbaycan həqiqətlərini yaxşı
anladığını, haqqın və ədalətin tərəfdarı
olduğunu bildirmişdir.
P.Şahbazov daha sonra Azərbaycan-Almaniya
əlaqələrinin dinamik
inkişafından, ikitərəfli münasibətlərdə
mədəni əlaqələrin müstəsna yer tutmasından, Azərbaycandakı alman mədəni irsi və
ona göstərilən dövlət
qayğısından bəhs etmişdir.
Sonra səfir P.Föllerin
iyunda Azərbaycana səfər edəcəyi
və Bakıda sərgisinin təşkil olunacağı barədə
tədbir iştirakçılarına məlumat verilmişdir. Bakıdakı "Qız
qalası" qalereyasında təşkil ediləcək sərgidə
nümayiş etdiriləcək şəkillər
arasında P.Föllerin Azərbaycana həsr
etdiyi iki yeni şəkil - "Abşeron"
və "Odlar yurdu"
da yer alacaqdır.
Tədbirdə
çıxış edən P.Föller
Azərbaycanın və onun mədəniyyətinin
onda böyük maraq oyatdığını qeyd
edərək, Bakıya planlaşdırdığı səfərinin
təkcə sərgi üçün deyil, eləcə də Azərbaycan mədəniyyətini
daha da yaxından
tanımaq məqsədi güddüyünü bildirmişdir. Almaniyalı rəssam səfərdən
sonra Azərbaycan mövzusunun
onun rəssamlıq fəaliyyətində
yenidən yer alacağına
inandığını bildirmişdir.
Tədbirdə Almaniya
ictimaiyyətinin müxtəlif təbəqələrinin
nümayəndələri iştirak
etmişlər.
Alman rəssamının sərgidəki
bir sıra əsərləri, o cümlədən Azərbaycan mövzusunda çəkdiyi şəkillər
sənətsevərlər tərəfindən satın
alınmışdır.
Vüqar SEYİDOV,
AzərTAc-ın xüsusi müxbiri
Berlin
Azərbaycan.- 2010.- 12 may.- S.
11.