Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri zati-aliləri cənab Devid Kamerona

 

Hörmətli cənab Baş nazir!

Böyük Britaniya Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Ölkələrimizi birləşdirən dostluq əlaqələri, ikitərəfli çoxtərəfli qaydada əməkdaşlığımız öz inkişaf dinamikası ilə səciyyələnir.

Xəzər dənizinin Azərbaycan sektorundakı neft-qaz yataqlarının işlənməsi, enerji daşıyıcılarının hasilatı dünya bazarlarına nəqli sahəsində transmilli layihələrin gerçəkləşməsində birgə səmərəli fəaliyyətimiz qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə böyük töhfədir.

Əminəm ki, dövlətlərarası münasibətlərimiz, dostluq əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək genişlənəcəkdir.

Cənab Baş nazir, bir daha Sizə təbriklərimi ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost xalqınızın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

 

 

Hörmətlə,

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 12 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 13 may.- S.  3.