Liviya inqilabının rəhbəri, Böyük Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsinin başçısı zati-aliləri cənab Müəmmər əl-Qəzzafiyə

 

Zati-aliləri!

Tripoli beynəlxalq hava limanında baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə yaxın adamlarına, bütün Liviya xalqına şəxsən öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 12 may 2010-cu il

 

Azərbaycan.- 2010.-  13 may.- S.  3.