YUNİSEF Azərbaycan
hökumətinin səhiyyənin
inkişafı, qaçqın
uşaqların reabilitasiyası
və cəmiyyətə
inteqrasiyası istiqamətində
gördüyü işləri
yüksək qiymətləndirir
Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirmişlər ki, mayın 12-də nazir Elmar Məmmədyarov Bakıda səfərdə olan YUNİSEF-in Mərkəzi və Şərqi Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Stiven Allen ilə görüşmüşdür.
Ölkəmizdə ilk dəfə olmasından məmnunluğunu bildirən qonaq Azərbaycan-YUNİSEF münasibətlərinin cari vəziyyətini yüksək qiymətləndirmişdir.
S.Allen Azərbaycan hökumətinin səhiyyənin inkişafı, qaçqın uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində gördüyü işləri xüsusi vurğulamışdır.
Qonağı salamlayan nazir E.Məmmədyarov Azərbaycan ilə YUNİSEF arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirmiş, bu münasibətlərin Azərbaycan hökumətinin sosial sahənin inkişafı istiqamətində aparılan siyasətə verdiyi töhfəsini qeyd etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2010.- 13 may.- S.
3.