Avropa Komissiyası "Qonşuluq paketi" sənədlərini dərc etmişdir

 

Mayın 12-də Avropa Komissiyası "Qonşuluq paketi" adlanan sənədləri dərc etmişdir. Bura Avropa Qonşuluq siyasətinin beşillik icrasının ümumi qiymətləndirilməsi, keçən ilin inkişafına dair Azərbaycanda da daxil olmaqla 12 ölkə üzrə hesabat daxildir. Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia məlumat vermişdir.

Diplomatın sözlərinə görə, hesabatda deyilir ki, 2009-cu ildə Azərbaycanda Avropa Qonşuluq siyasətinin fəaliyyət planının icrasında tərəqqi əldə edilmişdir. Bu, xüsusilə iqtisadiyyat, sosial idarəetmə sahələrinə aiddir. Qlobal maliyyə böhranına baxmayaraq, il ərzində ölkə yaxşı nəticələr əldə etmişdir ki, bu da hökumətə sosial xərcləri əsaslı investisiyaları artırmağa imkan vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13  may.- S.  3.