Serbiya Prezidenti
Boris Tadiçin Azərbaycana
rəsmi səfəri
Hava limanında
qarşılanma
Mayın 12-də Serbiya Respublikasının
Prezidenti Boris Tadiç
Azərbaycana rəsmi
səfərə gəlmişdir.
Azərbaycanın və Serbiyanın dövlət bayraqlarının dalğalandığı
Heydər Əliyev adına Beynəlxalq
Hava Limanında ali qonağın şərəfinə fəxri
qarovul dəstəsi düzülmüşdü.
Serbiya dövlətinin başçısını
Azərbaycanın Baş
nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.
Milli geyimli uşaqlar Serbiya Prezidentinə gül dəstəsi təqdim etdilər.
Hava limanının
ali qonaqlar
üçün salonunda
Prezident Boris Tadiç
və Azərbaycanın
Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında
qısa protokol görüşü oldu.
AzərTAc
Azərbaycan.- 2010.- 13 may.- S.
3.