Türkiyənin Baş naziri Rusiya Prezidenti Dağlıq Qarabağ problemini müzakirə etmişlər

 

Ankarada səfərdə olan Rusiya Prezidenti Dmitri Medvedev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşmüşdür.

Görüşdən sonra keçirilmiş birgə mətbuat konfransında Rəcəb Tayyib Ərdoğan demişdir ki, ATƏT-in Minsk qrupunun həmsədri Azərbaycanla həmsərhəd, eyni zamanda Ermənistanla yaxın münasibətləri olan ölkə kimi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində mövqeyi daha güclüdür. Son zamanlar Minsk qrupunun fəaliyyətində canlanma müşahidə olunur. Düşünürəm ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirərsə, bölgəni bu qeyri-sabitlikdən tezliklə qurtarmaq mümkün olacaqdır. Türkiyə, öz növbəsində, ATƏT-in üzvü bölgədə güc sahibi olan ölkə kimi münaqişənin həllinə öz töhfəsini verməyə hazırdır.

Dmitri Medvedev ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missyasını gücləndirdiyini, Azərbaycan Ermənistanın dövlət başçıları ilə görüşlər keçirdiyini danışıqlarda müəyyən məsafə qət edildiyini söyləmişdir. Problemin çox çətin olduğunu vurğulayan Rusiyanın dövlət başçısı ümidvar olduğunu bildirmişdir ki, münaqişə tərəflərinin güclü iradə xoş niyyət nümayiş etdirmələri nizamlanmaya nail olmağa kömək edəcəkdir. Rusiya bu məsələdə Türkiyə ilə məlumat mübadiləsini məsləhətləşmələri davam etdirəcəkdir.

 

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

 

Azərbaycan.- 2010.- 13 may.- S.  5.