Murmanskda kitab sərgisi və fotosərgi açılmışdır
Rusiya Federasiyası Murmansk vilayətinin qubernatoru yanında millətlərin işləri üzrə Məşvərət Şurasının üzvü Əlihüseyn Şükürov bildirmişdir ki, Ümumrusiya Azərbaycan Konqresinin Murmansk şöbəsinin mərkəzi ofisində "Heydər Əliyevin müstəqil Azərbaycanın yaranmasına və inkişafına töhfələri" adlı kitab sərgisi və fotosərgi açılmışdır. Sərgiləri vilayət gənclər və tələbələr klubu təşkil etmişdir.
Sərginin açılışında çıxış edən soydaşlarımız tədbirin əhəmiyyətindən, müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında və inkişafında ulu öndər Heydər Əliyevin rolundan danışmışlar. Tədbirdə Rusiya ilə Azərbaycan arasında dostluğun qorunmasının və möhkəmləndirilməsinin vacibliyi diqqətə çatdırılmışdır. Sərgidə "Görkəmli adamların həyatı. Heydər Əliyev", "Heydər Əliyev və Şərq", "Heydər Əliyev mənim həyatımda", "Millətin xilaskarı", "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti", "Heydər Əliyevin siyasi obrazı" kitabları və ümummilli liderin müxtəlif illərdə çəkilmiş fotoşəkilləri nümayiş etdirilir.
Qəhrəman şəhərdə
Heydər Əliyevin xatirəsinə həsr edilmiş bayram konserti təşkil olunacaqdır. Konsertə Murmansk vilayətinin ictimai xadimlər, hökumət və bələdiyyə üzvləri,
vilayətin bir sıra şəhərlərindən
qonaqlar, eləcə də mətbuat işçiləri dəvət
olunmuşlar.
AzərTAc
Azərbaycan.- 2010.- 13 may.- S.
7.