Uğurla inkişaf edən Azərbaycan-Serbiya
əlaqələri regional səviyyədə daha yaxşı
anlaşmaya xidmət edəcəkdir
Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfəri
Rəsmi qarşılanma mərasimi
Mayın 13-də Azərbaycan
Respublikasında rəsmi səfərdə olan Serbiya
Respublikasının Prezidenti Boris Tadiçin rəsmi
qarşılanma mərasimi olmuşdur.
Hər iki ölkənin
dövlət bayraqlarının dalğalandığı
meydanda ali qonağın şərəfinə fəxri qarovul
dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin
rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
raport verdi.
Azərbaycan Prezidenti İlham Əliyev
Serbiya Prezidenti Boris Tadiçi qarşıladı.
Fəxri qarovul dəstəsinin
rəisi Serbiya Prezidentinə raport verdi.
Serbiyanın və Azərbaycanın
dövlət himnləri səsləndi.
Dövlət
başçıları fəxri qarovul dəstəsinin
qarşısından keçdilər.
Serbiya Prezidenti Azərbaycan əsgərlərini
salamladı.
Azərbaycanın dövlət və
hökumət nümayəndələri Prezident Boris
Tadiçə, Serbiya nümayəndə heyətinin üzvləri
Prezident İlham Əliyevə təqdim olundu.
Fəxri qarovul dəstəsi
hərbi marşın sədaları altında dövlət
başçılarının qarşısından
keçdi.
Prezidentlər
rəsmi foto çəkdirdilər.
AzərTAc
Azərbaycan.- 2010.- 14
may.- S. 1.