Azərbaycan Prezidenti İlham Əliyevin və Serbiya Prezidenti Boris Tadiçin təkbətək
görüşü
Mayın 13-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Boris Tadiçin təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulandı. İkitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edildi. İkitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2010.- 14
may.- S. 1.