Sənədlərin imzalanma mərasimi

 

Mayın 13-də geniş tərkibdə danışıqlar başa çatdıqdan sonra Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Boris Tadiç "Azərbaycan Respublikası Prezidentinin Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi"ni imzaladılar.

"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Serbiya Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol"u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın xarici işlər naziri Vuk Yeremiç imzaladılar.

"Azərbaycan Respublikası hökuməti Serbiya Respublikası hökuməti arasında diplomatik xidməti/rəsmi pasportlara malik şəxslər üçün vizanın ləğv edilməsi haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Serbiyanın xarici işlər naziri Vuk Yeremiç imzaladılar.

"Azərbaycan Respublikası hökuməti Serbiya Respublikası hökuməti arasında gəlirlərə əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Konvensiya" Azərbaycanın vergilər naziri Fazil Məmmədov Serbiyanın xarici işlər naziri Vuk Yeremiç imzaladılar.

"Azərbaycan Respublikası hökuməti Serbiya Respublikası hökuməti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın daxili işlər naziri Ramil Usubov Serbiyanın Baş nazirinin birinci müavini, daxili işlər naziri İvika Daciç imzaladılar.

"Azərbaycan Respublikası hökuməti Serbiya Respublikası hökuməti arasında ticarət iqtisadi əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Serbiyanın Baş nazirinin müavini, iqtisadiyyat regionların inkişafı naziri Mladjan Dinkiç imzaladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14  may.- S.  2.