Dövlət
başçılarının mətbuat üçün
bəyanatları
Mayın 13-də
Azərbaycan-Serbiya sənədlərinin imzalanma
mərasimi başa çatdıqdan sonra prezidentlər İlham
Əliyev və Boris Tadiç
mətbuat üçün bəyanatlarla
çıxış etmişlər.
Serbiya Prezidenti
Boris TADİÇ bəyanatla çıxış edərək
dedi:
- Çox
sağ olun,
cənab Prezident!
Həqiqətən Serbiya hökumətinin nümayəndə heyəti
ilə Bakıda - Azərbaycanda olmağımdan,
Sizinlə və Sizin nümayəndə heyəti ilə ikitərəfli münasibətlərimiz
və tarixi imkanlarımız barədə
danışıqlar aparmaqdan,
üzləşdiyimiz problem və çağırışları
müzakirə etməkdən
şərəf hissi duyuram.
Mən görürəm ki, bizim ümumi problem və çağırışlarımız
vardır. Mən ərazi bütövlüyümüzü,
ölkələrimizi qorumaq
məsələləri ilə
yanaşı, həmçinin
mütəşəkkil cinayətkarlıq,
narkotik vasitələrin
qanunsuz dövriyyəsinə
qarşı mübarizə
kimi çağırışları,
ümumiyyətlə, ölkələrimizin
gələcək inkişafı
ilə bağlı məsələləri qeyd
etmək istərdim.
Bunlar özləri də hər iki tərəf
üçün bir çağırışdır. Siz çoxtərəfli təsisatlarda beynəlxalq
hüququn prinsiplərinin
müdafiə edilməsində
bizə arxayın ola bilərsiniz.
Bu, prinsipial məsələdir.
Biz Birləşmiş Millətlər
Təşkilatına üzv
olan ölkələrdə
separatçılıq etmək
məqsədilə etnik
bəhanələrdən istifadə
edən separatçıların
tamamilə əleyhinəyik. Bu səbəbdən də
biz Serbiyanın cənub
əyaləti olan Kosovoya dair ölkəmizin
ərazi bütövlüyü
ilə bağlı maraqlarımızdan imtina etmirik.
Cənab Prezident,
biz iqtisadi sahədə,
enerji sektorunda əməkdaşlığımızdan, iqtisadiyyatımızın digər
sahələri ilə
bağlı əlaqələrimizdən
danışdıq. Mən
tam əminəm ki,
biz iş adamlarımız,
xalqlarımız və
ümumiyyətlə, ölkələrimiz
üçün həqiqətən
də yaxşı imkanlar yarada bilərik. Qlobal enerji siyasətində
Azərbaycan enerji sektorunun əsas iştirakçılarından biridir.
Enerji təhlükəsizliyi baxımından
Azərbaycanın rolu
çox əhəmiyyətlidir.
Biz Azərbaycanın enerji planlarına qoşulmaqda çox maraqlıyıq. Azərbaycan, Gürcüstan və Rumıniya marşrutu ilə sıxılmış
qazın nəqlinə
dair layihə və Azərbaycanın digər planları da Serbiya üçün
olduqca maraqlıdır.
Serbiyanın neft şirkətləri
ölkənizin işgüzar
dairələri ilə
enerji sektorunda daha yaxşı mühitin yaradılması
imkanlarını müzakirə
edəcəklər.
Cənab Prezident,
eyni zamanda, ölkənizin şirkətləri
də Serbiya iqtisadiyyatının müxtəlif
sahələrinə sərmayə
qoya bilərlər. Biz bu haqda danışmışıq. Mən tam əminəm ki, bu səfərdən
sonra biz işgüzar
dairələrimiz üçün
daha yaxşı imkanlar və şərait yaratmağa, ölkələrimizdə yeni
iş yerlərinin açılmasına hazır
olacağıq.
Cənab Prezident,
danışıqlarımızın əvvəlində Siz
bildirmişdiniz ki, çətinliklər və
çağırışlar bir-birimizi daha yaxşı anlamaq
üçün münbit şərait yaradır. Sizin də, bizim də qaçqınlarınız
vardır. Hazırda Serbiyada yarım milyon
məcburi köçkün yaşayır. Biz onların aqibəti üçün məsuliyyət
daşıyırıq. Lakin biz prinsipial məsələlərdə
öz mövqeyimizi, beynəlxalq qanunları, Helsinki Yekun
Aktını, BMT Nizamnaməsini müdafiə etmək
üçün səylərimizi davam etdirəcəyik.
Bu məsələdə Siz bizə arxayın ola
bilərsiniz.
Cənab Prezident, Bakıda -
Azərbaycanda bizə göstərilən çox səmimi qəbula
görə Sizə minnətdarlığımı bildirirəm
və Sizi ölkəmizə səfərə dəvət edirəm.
Sağ olun.
AzərTAc
Azərbaycan.- 2010.- 14
may.- S. 2.