Şəhidlərin xatirəsinə ehtiram

 

Azərbaycanda rəsmi səfərdə olan Serbiya Prezidenti Boris Tadiç mayın 13-də Şəhidlər xiyabanını ziyarət etmişdir.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Boris Tadiç Azərbaycanın azadlığı suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, "Əbədi məşəl" abidəsi önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Serbiyanın Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident Boris Tadiç Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etdi.

AIi qonağa Şəhidlər xiyabanının tarixi paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 may.- S.  3.