Səfər başa çatdı
Mayın 13-də Serbiya Prezidenti Boris Tadiçin Azərbaycana rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Serbiyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Serbiya dövlətinin başçısını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.- 2010.- 14 may.- S.
3.