Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofs Talassemiya Mərkəzində olmuşdur

 

Azərbaycanda səfərdə olan Gürcüstanın birinci xanımı Sandra Elizabet Rulofsun başçılıq etdiyi nümayəndə heyəti mayın 13-də Talassemiya Mərkəzində olmuşdur.

Mərkəzin direktoru Azər Kərimov müalicə ocağı barədə qonaqlara məlumat verərək bildirmişdir ki, Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa olunan mərkəz həmin xəstəlikdən əziyyət çəkənlər onların yaxınları üçün ümid yeridir. Burada gün ərzində 40-50 xəstə qəbul edilir.

Qeyd olunmuşdur ki, hazırda ölkəmizdə 1000 nəfərə yaxın talassemiyalı xəstə vardır onların əksəriyyəti daimi həkim nəzarəti altındadır. Beynəlxalq standartlara cavab verən mərkəzin üç regional şöbəsi fəaliyyət göstərir.

Nümayəndə heyəti ümumi laboratoriya, qan deposu, aferez otağı, yeməkxana, konfrans zalı, 12 otaqdan ibarət klinika, molekulyar laboratoriya transplantasiya otaqlarına baxmışdır.

Qonaqlar ölkəmizdə irsi qan xəstəliyinin müalicəsi məqsədilə yaradılan Talassemiya Mərkəzinin fəaliyyətindən məmnun qaldıqlarını bildirmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 14 may.- S. 4.