Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi qaydalarının
təkmilləşdirilməsi sahəsində əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarını
tənzimləyən qaydaların
daha da sadələşdirilməsini
təmin etmək məqsədilə qərara
alıram:
1. "Azərbaycan
Respublikasında xarici
ticarətin daha da liberallaşdırılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
1997-ci il 24 iyun tarixli 609 nömrəli fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında
idxal-ixrac əməliyyatlarının
tənzimlənməsi Qaydaları"na
aşağıdakı dəyişikliklər
və əlavələr
edilsin:
1.1. preambulanın birinci abzası aşağıdakı
redaksiyada verilsin:
"Azərbaycan
Respublikasında bütün
rezidentlər və qeyri-rezidentlər (bundan sonra - şəxslər) tərəfindən idxal-ixrac
əməliyyatlarının həyata keçirilməsi
bu Qaydalarla tənzimlənir.";
1.2. preambulanın
ikinci abzasında,
1.1-ci, 4.4-cü, 5.2-ci, 5.4-cü, 6.1-ci, 6.3-cü, 9.4-cü,
9.5-ci, 10.2-ci, 11.1-ci, 13.1-ci, 14.4-cü, 14.8-ci və
15.1-ci bəndlərdə "rezidentlər" sözü
"şəxslər" sözü ilə,
6-cı bəndin adında
və 6.2-ci bənddə
isə "rezidentlərin"
sözü "şəxslərin"
sözü ilə əvəz edilsin;
1.3. 7-ci bəndin
adında "Nazirlər
Kabineti tərəfindən"
sözləri "Nazirlər
Kabinetinin sərəncamı
əsasında" sözləri
ilə əvəz edilsin;
1.4. 8.1-ci bənd
aşağıdakı redaksiyada
verilsin:
"8.1. Bu Qaydaların
2 nömrəli əlavəsində
göstərilən malların
(xidmətlərin və
əqli mülkiyyətin)
ixracı və idxalı həmin əlavədə göstərilən
müvafiq dövlət
orqanlarının rəyi
alınmaqla həyata keçirilir.";
1.5. 12-ci bəndin
mətni aşağıdakı
redaksiyada verilsin;
"12.1. Dövlət
müəssisələri və
əmlakında dövlətin
yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən
malların (xidmətlərin
və əqli mülkiyyətin) satışı
yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan
akkreditiv açılması
yolu ilə və ya bank zəmanəti əsasında
həyata keçirilir.
12.2. 12.1-ci bənddə
göstərilən müəssisələr
tərəfindən satılan
malların (xidmətlərin
və əqli mülkiyyətin) Azərbaycan
Respublikası ərazisindən
çıxarılmasına gömrük orqanları tərəfindən yalnız
onların haqqının
ödənildiyi, yaxud
akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması
üçün icazəsi
olan müvafiq müvəkkil bankların
bunu təsdiqləyən
sənədi təqdim
olunduqda icazə verilir.";
1.6. 14.1-ci bənddə
"rezidentlər" sözü
"dövlət müəssisələri
və əmlakında
dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr"
sözləri ilə əvəz edilsin;
1.7. 14.1.1-ci bəndin
dördüncü abzası
çıxarılsın və
beşinci abzası dördüncü abzas hesab edilsin;
1.8. 14.1.2-ci bəndin
üçüncü və
dördüncü abzasları,
14.2-ci və 14.3-cü bəndlər
çıxarılsın;
1.9. 14.5.1-ci bənd
üzrə:
1.9.1. beşinci abzas aşağıdakı redaksiyada
verilsin:
"Dövlət
müəssisəsi və
ya əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisə
tərəfindən ixrac
olunan malların haqqının qabaqcadan ödənilməsi, yaxud akkreditiv açılması
və ya bank zəmanəti təqdim edildiyi barədə müvafiq müvəkkil bankın sənədi;";
1.9.2. altıncı abzasda
"İqtisadi İnkişaf
Nazirliyinin müsbət
rəyi" sözləri
"müvafiq dövlət
orqanının rəyi"
sözləri ilə əvəz edilsin;
1.9.3. aşağıdakı məzmunda
doqquzuncu abzas əlavə edilsin:
"bu Qaydalarda nəzərdə tutulan hallarda dövlət müəssisəsi və
ya əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisə
tərəfindən bağlanmış
müqavilənin İqtisadi
İnkişaf Nazirliyində
qeydiyyatdan keçməsini
təsdiq edən sənəd.";
1.10. 14.5.2-ci bənd
üzrə:
1.10.1. on birinci
abzasında "İqtisadi
İnkişaf Nazirliyinin
ekspertizasının müsbət
rəyi" sözləri
"müvafiq dövlət
orqanının rəyi"
sözləri ilə əvəz edilsin;
1.10.2. aşağıdakı məzmunda
on ikinci abzas əlavə edilsin:
"bu Qaydalarda nəzərdə tutulan hallarda dövlət müəssisəsi və
əmlakında dövlətin
yekun payı 50 faizdən yuxarı olan digər müəssisə tərəfindən
bağlanmış müqavilənin
İqtisadi İnkişaf
Nazirliyində qeydiyyatdan
keçməsini təsdiq
edən sənəd.";
1.11. VII fəslin
adında "Əsasnamənin"
sözü "Qaydaların"
sözü ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın:
2.1. qüvvədə olan
qanunvericilik aktlarının
bu fərmana uyğunlaşdırılması barədə təkliflərini
iki ay müddətində
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
2.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.3. bu fərmandan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 may 2010-cu il
Azərbaycan.-2010.-15 may.- S.1