Azərbaycanda insan hüquq azadlıqlarının təmini dövlətin prioritet vəzifəsidir

 

Mayın 14-də Ombudsman Aparatında Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının 2009-cu ildə tətbiq edilməsi vəziyyətinə həsr olunmuş konfrans keçirilmişdir.

Sayca üçüncü olan konfransa Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının məsul əməkdaşları, Milli Məclisin deputatları, MFP-nin həyata keçirilməsi üçün icraçı olan dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının, habelə beynəlxalq qurumların nümayəndələri, kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılmışlar.

MFP-nin həyata keçirilməsi üzrə İşçi Qrupunun rəhbəri E.Süleymanova ölkəmizdə insan hüquqlarının müdafiəsi təmini istiqamətində görülən mühüm işlər, milli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması insan hüquqlarının daha səmərəli həyata keçirilməsinə yönəlmiş qanunların qəbul edilməsi, mükəmməl normativ-hüquqi bazanın yaradılması, Ombudsman təsisatının da bu istiqamətdə fəaliyyəti barədə məlumat vermişdir.

Ombudsman ölkə Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə qəbul edilmiş MFP-nin insan hüquq azadlıqlarının müdafiəsinin səmərəli daha etibarlı təmini baxımından əhəmiyyət kəsb etdiyini bildirmiş, təsdiq edilməsindən ötən üç il ərzində bu sahədə xeyli iş görüldüyünü, müntəzəm olaraq müzakirələr aparıldığını diqqətə çatdırmışdır. İnsan hüquqlarının, o cümlədən vətəndaş siyasi, iqtisadi sosial, mədəni hüquqların müdafiəsi işinin dövlət orqanları qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq şəraitində qurulması, həmçinin milli qanunvericiliyin daha da təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli prioritet təşkil edən məsələlərin həlli naminə cəmiyyətin bütün qüvvələrinin səfərbər edilərək bir araya gəlməsində MFP-nin rolu vurğulanmışdır. Avropa Şurası İnsan Hüquqları üzrə Komissarının bu Milli Fəaliyyət Planını yüksək qiymətləndirdiyi bütün Avropa ölkələrinə tövsiyə etdiyi nəzərə çatdırılmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə şöbəsinin müdiri Fuad Ələsgərov Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə əlaqədar ölkəmizdə bütün istiqamətlər üzrə əhəmiyyətli tədbirlərin görüldüyünü vurğulamışdır.

Diqqətə çatdırmışdır ki, nüfuzlu beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirən Azərbaycanda insan hüquq azadlıqlarının təmini, demokratik hüquqi dövlət quruculuğu ölkəmizin prioritet seçimlərindən biridir. Konstitusiyaya beynəlxalq normalara uyğun dəyişikliklər edilmiş, insanların siyasi, sosial-iqtisadi mülki, həmçinin mədəni hüquqlarının müdafiəsi istiqamətində qanunvericilik bazası müasirləşdirilmişdir. Ermənistanın təcavüzünə baxmayaraq, ölkədə demokratik islahatlar yüksələn xətlə inkişaf etmiş, işğal altında qalmış torpaqlarımızın azad edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi prosesi davam etmişdir.

ATƏT-in Bakı Ofisinin rəhbəri Ali Bilgə Cankorel Azərbaycanda insan hüquqlarının müdafiəsi yönündə görülmüş işləri müsbət qiymətləndirmiş, bu sahədə Avropa Şurasının tövsiyə məsləhətlərinə əməl olunduğunu önə çəkmişdir.

Konfransda Milli Məclisin deputatı Rəfael Cəbrayılovun "Qanunvericiliyin insan hüquq azadlıqları baxımından təkmilləşdirilməsi dinamikası", ədliyyə nazirinin müavini Toğrul Musayevin "Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinin təmini sahəsində həyata keçirilən islahatlar", Azərbaycan Respublikası Baş Prokurorunun müavini Namiq Əsgərovun "Dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təmini baxımından təkmilləşdirilməsi" mövzularında məruzələri dinlənilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 15 may.- S.  2.