Norveçin Kralı əlahəzrət V Haralda
Əlahəzrət!
Norveç Krallığının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Norveç arasındakı münasibətlər xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 3 may 2010-cu il
Azərbaycan.- 2010.- 16 may.- S.
1.