Azərbaycan ilə İordaniya arasında bütün sahələrdə
sıx əməkdaşlıq
mövcuddur
Keçən illə müqayisədə 2010-cu ildə Azərbaycan ilə İordaniya arasında xarici ticarət dövriyyəsi 38,5 faiz artmışdır. Ölkələrimiz müxtəlif sahələrlə sıx əməkdaşlıq edir. Azərbaycan ilə İordaniya arasında dostluq körpüsünün təməli hələ ölkəmiz keçmiş sovetlər ittifaqının tərkibində olarkən qoyulmuşdur.
İordaniyada Azərbaycanın səfirliyi 2006-cı ildə açılsa da, dövlətlərimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur. Son dörd ildə 30-dan artıq sazişin imzalanması belə deməyə əsas verir. Bu müddətdə Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı əlahəzrət II Abdullah ibn əl-Hüseyn ümumilikdə 4 dəfə görüşmüş, Bakıda və Əmmanda ölkələrimizin iş adamlarının iştirakı ilə 3 dəfə biznes forum keçirilmişdir.
Bundan əlavə, İordaniya Bakıda öz məhsullarının
sərgisini təşkil
etmişdir. Cari il mayın 12-də isə Azərbaycan ilə İordaniya arasında hərbi əməkdaşlığa dair
daha bir sənəd imzalanmışdır.
Humanitar sahədə də əlaqələr yüksək səviyyədədir.
Keçən il Azərbaycanda İordaniyanın
mədəniyyət günləri
keçirilmişdir. İordaniyada
yaşayan azərbaycanlıların
sayı az olsa da, burada
İordaniya-Azərbaycan dostluğu
cəmiyyəti fəaliyyət
göstərir. Görülən
işlər və sadalanan faktlar ölkələrimiz arasında
dostluq əlaqələrinin
möhkəmliyindən xəbər
verir.
AzərTAc
Azərbaycan.- 2010.- 16 may.- S.
1.