Yeni Azərbaycan Partiyasının Gəncədə
keçirdiyi respublika
müşavirəsi başa
çatmışdır
Yeni Azərbaycan Partiyasının
şəhər və
rayon təşkilatları sədrlərinin
Gəncədə keçirilən
respublika müşavirəsi
başa çatmışdır.
Tədbirin ikinci günü YAP Gəncə
şəhər təşkilatının
iş təcrübəsinin
öyrənilməsi və
təbliği, eləcə
də qarşıdan gələn parlament seçkilərinə partiyadaxili
hazırlığın vəziyyəti
müzakirə edilmişdir.
Yeni Azərbaycan Partiyasının
sədr müavini - icra katibi Əli
Əhmədov işgüzar
şəraitdə keçən
müşavirənin gələcək
fəaliyyət üçün
əhəmiyyətindən danışmış, 500 min nəfərdən
artıq üzvü olan bu siyasi
qurumun ölkənin inkişafındakı rolu
və mövqeyi barədə ətraflı
məlumat vermişdir.
Sonra YAP Gəncə
şəhər təşkilatının
sədri İsrafil İsmayılov videoçarxın
köməyi ilə rəhbərlik etdiyi təşkilatın iş
üsulları, onun üzvlərinin respublikanın,
eləcə də şəhərin ictimai-siyasi
həyatındakı rolunun
yüksəldilməsi istiqamətində
həyata keçirilən
tədbirlərlə bağlı
məruzə ilə çıxış etmişdir.
Əli Əhmədov qarşıdan
gələn parlament seçkilərinə hazırlıqla
əlaqədar görüləsi
işlərdən danışmış,
respublikamızın həyatında
mühüm hadisəyə
çevriləcək bu
siyasi kampaniyada Yeni Azərbaycan Partiyasının nailiyyət
qazanması üçün
həlli vacib məsələləri diqqətə
çatdırmışdır.
Müşavirə iştirakçıları aparılan
müzakirələrdə fəallıqla
iştirak etmiş, təkliflərini bildirmişlər.
Əli Əhmədov müşavirəyə
yekun vurmuşdur.
AzərTAc
Azərbaycan.- 2010.- 16 may.- S.
2.