Ombudsman Vyanada keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ATƏT-in "Gender bərabərliyinin təşviqi qadınların ictimai-siyasi həyatda iştirakı" mövzusunda Vyanada keçirilmiş konfransında iştirak etmişdir.

Ombudsman aparatının mətbuat xidmətindən bildirmişlər ki, beynəlxalq konfrans çərçivəsində "ATƏT regionunda gender bərabərliyinin təşviqi: nailiyyətlər mövcud çətinliklər", "Qadınların siyasi partiyaların üzvü kimi seçkili vəzifələrdə rolunun gücləndirilməsi", həmçinin "Gender balansının təşviqi qadınların ictimai həyatda iştirakı" mövzularında üç sessiya keçirilmişdir.

E.Süleymanova birinci sessiyada çıxış etmiş, iştirakçıları son illərdə Azərbaycanda insan hüquqları sahəsində aparılan islahatlar nəticəsində əldə olunmuş müsbət nəticələr barədə məlumatlandırmış, ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının həyata keçirildiyini bildirmişdir.

E.Süleymanova Beynəlxalq Ombudsmanlar İnstitutunun Baş katibi Peter Kostelka ilə görüşmüşdür.

Səfər çərçivəsində E.Süleymanova Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 may.- S.  2.