Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Kralı II Abdullahın təkbətək görüşü

 

Mayın 16-da rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin İordaniya Kralı II Abdullahın təkbətək görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanmış, bu səfərin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyi bildirilmişdir.

Görüşdə ikitərəfli, regional beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 may.- S.  1.