Azərbaycan Prezidenti İlham Əliyevin və İordaniya Kralı II Abdullahın mətbuat üçün bəyanatları

 

Mayın 16-da geniş tərkibdə görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah mətbuat üçün bəyanatlarla çıxış etmişlər.

İordaniya Kralı II ABDULLAH bəyanatla çıxış edərək dedi:

- Çox sağ olun, Zati-aliləri!

Xanımlar cənablar!

Bakıda yenidən olmağımdan olduqca məmnunam. Ölkələrimiz arasında bu cür xüsusi münasibətlərdə irəliləyişi görməkdən çox şadam. Əminəm ki, bu gün apardığımız konstruktiv müzakirələr bu səfər çərçivəsində imzalanacaq sənədlər əməkdaşlığımızı daha da gücləndirəcəkdir. İnanıram ki, biz nəqliyyat, kənd təsərrüfatı, enerji xidmətlər sektorunda xüsusi əməkdaşlıq sahələrini müəyyən edə biləcəyik. Son bir neçə ildə bir sıra perspektivli imkanlar araşdırılıb. İnanıram ki, ikitərəfli münasibətlərimizin gələcəyi çox vədedicidir.

Zati-aliləri!

Digər beynəlxalq regional, xüsusən Yaxın Şərqdə hərtərəfli sülhün bərqərar olması üçün zəruri hesab edilən məsələlərlə bağlı Sizinlə müzakirələr aparmaqdan çox şad oldum. İsrail-Fələstin münaqişəsinin iki dövlət variantı əsasında həllinə yönələn səylərimizdə irəliləyişin əldə olunması hamı üçün təxirəsalınmaz xarakter daşıyır. Bu, İsrail dövləti ilə sülh təhlükəsizlik şəraitində yanaşı yaşayan suveren möhkəm Fələstin dövlətinin qurulmasına xidmət etməlidir. Bu münaqişənin həlli sabitliyin təhlükəsizliyin bərpası üçün xüsusi əhəmiyyət kəsb edir. Biz bu məsələni Bakıda qardaşlarımızla müzakirə etdik.

Zənnimcə, ölkələrimiz arasında əməkdaşlıq genişdir. Biz beynəlxalq səviyyədə bir-birimizi hər zaman dəstəkləyirik. Zati-alilərinizin qeyd etdiyi kimi, bütün sahələrdə güclü əlaqələrimiz vardır. Mənim zati-aliləri ilə xeyli vaxtdır ki, sıx əlaqələrim mövcuddur. Uzun illərdir ki, bir-birimizi tanıyırıq. Aramızda olan bu münasibətlər hökumətlərimiz xalqlarımız arasında olan əlaqələrdə öz əksini tapıb. İnanıram ki, biz İordaniya ilə Azərbaycan arasında xüsusi münasibətlərimizi gələcəkdə daha da gücləndirəcəyik.

Zati-aliləri, Sizi burada beynəlxalq tədbirlərdə görməkdən hər zaman məmnun oluram. Ölkənizə yenidən səfər etməyimdən çox şadam. Yaxın vaxtlarda Sizi yenidən görməyi səmimiyyətlə arzulayıram dostluğumuz münasibətlərimizi bundan sonra daha da sıx edəcəkdir. Çox sağ olun göstərilmiş çox səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirirəm. Sağ olun.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 may.- S.  2.