Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri

 

 Mayın 17-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanı xanımı Əminə Ərdoğanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin Baş nazirinə raport verdi.

Türkiyənin Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev Baş nazir Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyənin Baş naziri Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət hökumət nümayəndələri Baş nazir Rəcəb Tayyib Ərdoğana, Türkiyə nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin Baş nazir Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğan rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 may.- S.  3.