Səfər başa çatdı
Mayın 17-də Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatmışdır.
Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Milli geyimli uşaqlar Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana gül-çiçək dəstəsi verdilər.
Türkiyə hökumətinin başçısını və xanımını Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola saldılar.
AzərTAc
Azərbaycan.- 2010.- 18 may.- S.
5.