Azərbaycan Prezidentinin Türkiyə Baş nazirinin xanımları Dənizkənarı Milli Parkı gəzmişlər

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkiyənin Baş nazirinin xanımı Əminə Ərdoğan mayın 17-də Dənizkənarı Milli Parkda olmuşlar.

Türkiyə Baş nazirinin xanımı Əminə Ərdoğan Dənizkənarı Milli Park ilə tanış oldu. 1909-cu ildən Bakıda dənizkənarı bulvar kimi tanınan bu parkda Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq yenidənqurma işləri aparılmışdır. Görülən abadlıq işlərindən sonra parkın yaşıllıq zolağının ərazisi xeyli genişləndirilmişdir. Milli Parkda yeni ağaclar əkilmiş, çəmənliklər salınmışdır. Burada asfalt örtük götürülərək yerinə qırma-dekorativ daş döşənmiş, parkın müxtəlif guşələrində yüngül konstruksiyalı yığılıb-sökülən yeni kafelər quraşdırılmışdır. Bu gün Dənizkənarı Milli Park Bakı sakinlərinin şəhərimizin qonaqlarının ən çox sevdiyi istirahət guşələrindən biridir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 18 may.- S.  6.