Strateji Araşdırmalar Mərkəzində ABŞ-ın Milli Hərbi Kollecinin nümayəndə heyəti ilə görüş keçirilmişdir

 

Dünən Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərindən ibarət ABŞ-ın Milli Hərbi Kollecinin nümayəndə heyəti Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) oldular.

SAM-in direktoru Elxan Nuriyev qonaqlara mərkəzin fəaliyyəti, beynəlxalq "beyin mərkəzləri" ilə genişlənən elmi-analitik münasibətlər onlarla əməkdaşlıq çərçivəsində həyata keçirilən cari perspektivli layihələr haqqında məlumat verib.

Daha sonra SAM-in əməkdaşlarının ABŞ-ın Milli Hərbi Kollecinin nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-ABŞ münasibətləri, Azərbaycanın daxili xarici siyasət prioritetləri mövzusunda "dəyirmi masa" formatında müzakirələr keçirildi.

Görüşdə Azərbaycan-ABŞ münasibətlərinin hazırkı durumu, iki ölkə arasında siyasi, iqtisadi, hərbi humanitar sahələrdə əməkdaşlığın gələcək perspektivləri ilə yanaşı, son zamanlar Cənubi Qafqaz bölgəsində baş verən geosiyasi proseslər, Türkiyə-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılmışdır. Həmçinin hər iki elmi müəssisə arasında elmi-tədqiqat sahəsində əməkdaşlığa dair regional əhəmiyyətli layihələr ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.-  18 may.- S.  7.