Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmişMiqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə əlavələr edilməsi barədəAzərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 12, maddə 972; Azərbaycan Respublikasının  2010-cu il 5 mart tarixli 969-IIIQD nömrəli Qanunu) ilə təsdiq edilmişMiqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə aşağıdakı əlavələr edilsin:

 

1. aşağıdakı məzmunda 29-1-ci maddə əlavə edilsin:

“29-1. Miqrasiya orqanlarının işçiləri xidməti vəzifələrini yerinə yetirərkən, qanunla müəyyən edilmiş qaydada hallarda fiziki qüvvə xüsusi vasitə tətbiq etmək hüququna malikdirlər. Miqrasiya orqanlarında istifadə olunan xüsusi vasitələrin siyahısı normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;

2. VII fəslin adındarütbələrisözundən sonra xüsusi geyim formasısözləri əlavə edilsin;

3. aşağıdakı məzmunda 77-1 77-2-ci maddələr əlavə edilsin:

“77-1. Miqrasiya orqanlarında qulluq keçən  xüsusi rütbəsi olan işçilər xüsusi geyim forması ilə təmin olunurlar. Xüsusi geyim formasının fərqlənmə nişanlarının təsviri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

77-2. Xüsusi geyim forması pulsuz verilir. Xüsusi geyim formasının verilməsi  müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar əsasında həyata keçirilir.”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 may 2010-cu il.

 

Azərbaycan.- 2010.- 19 may.- S.  2.