Vəkillər vəkillik fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

Vəkillər vəkillik fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 1, maddə 19; 2001-ci il, ¹ 12, maddə 736; 2004-cü il, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 8, maddə 599, ¹ 10, maddə 787; 2005-ci il, ¹ 8, maddə 686; 2006-cı il, ¹ 12, maddə 1005; 2007-ci il, ¹ 4, maddə 322; 2009-cu il, ¹ 7, maddə 517, ¹ 11, maddə 878) aşağıdakı əlavələr dəyişikliklər edilsin:

1. 4-cü maddənin II hissəsindəşikayətisözündən sonra ya məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizəsözləri əlavə edilsin.

2. 8-ci maddənin I hissəsində:

2.1. ikinci cümlə aşağıdakı redaksiyada verilsin:

Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) ya hakim olmuş şəxslər yazılı testi vermədən icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.”;

2.2. üçüncü cümlədəgöstərilən testi vermədən şifahi müsahibədən keçmədənsözləriyazılı testi vermədən, şifahi müsahibədən keçmədən icbari təlimə cəlb olunmadansözləri ilə əvəz edilsin.

3. 10-cu maddədə:

3.1. I hissə aşağıdakı redaksiyada verilsin:

“I. Vəkillər Kollegiyasının Nizamnaməsini, İxtisas İntizam Komissiyalarının əsasnamələrini vəkillərin davranış qaydaları haqqında əsasnaməni qəbul etmək, onlara əlavə dəyişikliklər etmək, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədrini, sədr müavinlərini digər üzvlərini, İntizam Komissiyasının sədrini üzvlərini seçmək, vəkilliyin rəsmi emblemini vəkillərin xüsusi geyim formasının təsvirini təsdiq etmək, Vəkillər Kollegiyasının büdcəsini üzvlük haqqının həcmini müəyyən etmək Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının (konfransının) müstəsna səlahiyyətidir. Vəkillər Kollegiyası üzvlərinin sayı beş yüzdən çox olarsa, Vəkillər Kollegiyası üzvlərinin ümumi yığıncağının səlahiyyətləri Vəkillər Kollegiyası üzvlərinin konfransı tərəfindən həyata keçirilə bilər.”;

3.2. II hissə çıxarılsın;

3.3. III hissənin üçüncü cümləsindəbirsözüikisözü ilə əvəz edilsin;

3.4. IV hissənin birinci cümləsində II hissələrindəsözlərihissəsindəsözü ilə əvəz edilsin.

4. 19-cu maddənin III hissəsinin üçüncü cümləsindəAztəminatlısözüVəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayansözləri ilə əvəz edilsin.

5. 20-ci maddədə:

5.1. I hissənin birinci cümləsindəhüquqi yardıma ehtiyacı olan aztəminatlısözlərivəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayansözləri ilə əvəz edilsin;

5.2. II hissənin birinci cümləsindəRəyasət Heyəti tərəfindənsözlərindən sonramüəyyən olunmuş qaydadasözləri əlavə edilsin.

6. 22-ci maddənin VII hissəsinə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin:

Barəsində vəkillik fəaliyyəti ilə məşğul olmanın dayandırılması haqqında qərar qəbul edilmiş şəxs Vəkillər Kollegiyasının seçkili orqanlarında vəzifəyə seçilə bilməz.”.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 aprel 2010-cu il.

 

Azərbaycan.- 2010.- 19 may.- S.  2.