Vəkillər vəkillik fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 986-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 2 aprel tarixli 986-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

 

1. qüvvədə olan qanunvericilik aktlarının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3. öz səlahiyyətləri daxilindəVəkillər vəkillik fəaliyyəti haqqındaAzərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2010-cu il.

 

Azərbaycan.- 2010.- 19 may.- S.  2.