Azərbaycan Respublikasının
birinci instansiya məhkəmələrinin bəzi
hakimlərinin səlahiyyətlərinə
vaxtından əvvəl
xitam verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini, habelə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 113-cü və 114-cü maddələrini rəhbər tutaraq qərara alıram:
İşlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduqlarına görə aşağıdakı hakimlərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin:
1. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rəsmiyyə Cəmşid qızı Qəhrəmanova;
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Yusif Əli oğlu Kərimov;
3. Bakı
şəhəri Yasamal
Rayon Məhkəməsinin hakimi
Südabə Əlislam
qızı Məmmədova.
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 may 2010-cu il.
Azərbaycan.- 2010.-19 may.-
S. 2.