“Azərbaycan
Respublikasının 2009-cu il
4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə əlavələr edilməsi
barədə” Azərbaycan
Respublikasının 2010-cu il
11 may tarixli 1007-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Azərbaycan
Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq
keçmə haqqında Əsasnamə”yə əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının
2010-cu il 11 may tarixli 1007-IIIQD nömrəli Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini
təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının “Azərbaycan
Respublikasının 2009-cu il
4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə əlavələr
edilməsi barədə”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. miqrasiya orqanlarında
istifadə olunan xüsusi vasitələrin
siyahısını və
normalarını, habelə
xüsusi vasitələri
tətbiq etmək hüququ olan miqrasiya orqanları işçilərinin siyahısını
təsdiq etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. miqrasiya orqanları işçilərinin xüsusi
geyim formasının və fərqlənmə nişanlarının təsvirinin
layihəsini hazırlayıb
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
1.5. öz
səlahiyyətləri daxilində
“Azərbaycan Respublikasının
2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”yə
əlavələr edilməsi
barədə” Azərbaycan
Respublikasının Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan
Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli
Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”nin
77-1-ci maddəsinin ikinci
cümləsində nəzərdə
tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Prezidenti həyata keçirir;
2.2. həmin Əsasnamənin
29-1-ci maddəsinin ikinci
cümləsində və
77-2-ci maddəsinin ikinci
cümləsində nəzərdə
tutulmuş “müvafiq
icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
18 may 2010-cu il.
Azərbaycan.- 2010.- 19 may.- S.
2.