Yaponiya-Azərbaycan investisiya forumu keçirilmişdir

 

Tokio şəhərində Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 6-cı iclası çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Yaponiya-Azərbaycan investisiya forumu keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə Azərbaycan Yaponiya tərəfindən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, bankçılıq, turizm, ticarət, əczaçılıq, tikinti, sənaye, nəqliyyat digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın adamı iştirak etmişdir.

İnvestisiya forumunda Komissiyanın həmsədrləri - Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov "ITOCHU" Korporasiyasının prezidenti Akiro Yokota çıxış etmişlər.

Azərbaycanı təmsil edən dövlət rəsmiləri ölkəmizin iqtisadi potensialı, o cümlədən alternativ bərpa olunan enerji resursları, kənd təsərrüfatı məhsullarının istehsalı emalı, turizm digər sahələrin inkişaf perspektivləri, AZPROMO-nun prezidenti Adil Məmmədov isə Azərbaycanın biznes imkanları investisiya mühiti ilə bağlı təqdimatlarla çıxış etmişlər.

Forumun rəsmi hissəsindən sonra adamları arasında görüşlər keçirilmişdir. Görüşlərdə sahibkarlar arasındakı mövcud əlaqələr əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2010.- 19 may.- S.  4.