İslam Konfransı Təşkilatı Azərbaycanın
ərazi bütövlüyünü
dəstəkləyir
İslam Konfransı Təşkilatı Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı müvafiq qətnamələrinin tezliklə həyata keçirilməsinə çağırır.
Təşkilatın rəsmi
saytında bildirilir ki, bu sözləri
İKT-nin baş katibi Ekmələddin İhsanoğlu Düşənbədə
keçirilən İKT-nin
üzvü olan ölkələrin Xarici İşlər Nazirləri
Şurasının 37-ci sessiyasında
açılış nitqində
demişdir. O, təşkilatın qarşısında
həllini gözləyən
bir çox məsələlərin olduğunu,
təhlükələrin artdığı
bir dövrdə bu çağırışlara
qarşı durmaq üçün lazım olan hər şeyi
etməyin vacibliyini vurğulamışdır.
Azərbaycan.- 2010.- 19 may.- S.
4.