Kür və Araz çaylarının daşması nəticəsində
baş vermiş təbii fəlakətlə
əlaqədar Hökumət
Komissiyasının yaradılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Son vaxtlar
yağan aramsız yağışlar nəticəsində
Azərbaycan Respublikasının
qırx rayonunun ərazisində subasma halları baş vermiş, ilkin məlumatlara əsasən
20 minə yaxın ev, 50 min hektardan çox əkin və örüş sahələri su altında qalmış,
300-dən çox ev uçmuş, 2 minə qədər ev qəzalı vəziyyətə
düşmüş, çoxsaylı
infrastruktur və digər sosial təyinatlı obyektlər
sıradan çıxmışdır.
Yaranmış vəziyyətdə
mərkəzi və yerli icra hakimiyyəti
orqanları tərəfindən
bütün aidiyyəti
qurumlarla birlikdə operativ qaydada görülmüş zəruri
tədbirlər nəticəsində
təbii fəlakətin
daha böyük fəsadlarının qarşısı
alınmış, zərər
çəkmiş insanlar
öz evlərindən
müvəqqəti məskunlaşma
yerlərinə köçürülmüş,
onlara müxtəlif kommunal, iaşə, səhiyyə və digər xidmətlərin göstərilməsi təşkil
olunmuşdur.
Baş vermiş
təbii fəlakətin
nəticələrinin aradan
qaldırılması, bölgənin
iqtisadiyyatının və
yaşayış məntəqələrinin
bərpası, əhaliyə
dəymiş ziyanın
ödənilməsi və
gələcəkdə belə
halların qarşısının
alınması üçün
kompleks tədbirlərin
hazırlanması məqsədi
ilə qərara alıram:
1. Kür
və Araz çaylarının daşması
nəticəsində baş
vermiş təbii fəlakətlə əlaqədar
aşağıdakı tərkibdə
Hökumət Komissiyası
yaradılsın:
Komissiyanın sədri
Artur Rasizadə
- Azərbaycan Respublikasının
Baş naziri
Komissiyanın üzvləri
Abid Şərifov
- Azərbaycan Respublikası
Baş nazirinin müavini
Əli Həsənov
- Azərbaycan Respublikası
Baş nazirinin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə
Dövlət Komitəsinin
sədri
Kəmaləddin Heydərov
- Azərbaycan Respublikasının
fövqəladə hallar
naziri
Ramil Usubov - Azərbaycan Respublikasının
daxili işlər naziri
Samir Şərifov
- Azərbaycan Respublikasının
maliyyə naziri
Şahin Mustafayev
- Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri
Oqtay Şirəliyev
- Azərbaycan Respublikasının
səhiyyə naziri
Hüseynqulu Bağırov
- Azərbaycan Respublikasının
ekologiya və təbii sərvətlər
naziri
İsmət Abasov - Azərbaycan Respublikasının
kənd təsərrüfatı
naziri
Ziya Məmmədov
- Azərbaycan Respublikasının
nəqliyyat naziri
Əli Abbasov -
Azərbaycan Respublikasının
rabitə və informasiya texnologiyaları naziri
Fizuli Ələkbərov
- Azərbaycan Respublikasının
əmək və əhalinin sosial müdafiəsi naziri
Misir Mərdanov
- Azərbaycan Respublikasının
təhsil naziri
Zeynal Nağdəliyev
- Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Regional idarəetmə və
yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin müdiri
Kərəm Həsənov
- Azərbaycan Respublikasının
Əmlak Məsələləri
üzrə Dövlət
Komitəsinin sədri
Qərib Məmmədov
- Azərbaycan Respublikasının
Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsinin sədri
Abbas Ələsgərov
- Azərbaycan Respublikasının
Dövlət Şəhərsalma
və Arxitektura Komitəsinin sədri
Arif Vəliyev
- Azərbaycan Respublikasının
Dövlət Statistika
Komitəsinin sədri
Səlim Müslümov
- Azərbaycan Respublikasının
Dövlət Sosial Müdafiə Fondunun sədri
Əhməd Əhmədzadə
- "Azərbaycan Meliorasiya
və Su Təsərrüfatı"
Açıq Səhmdar
Cəmiyyətinin prezidenti
Nizaməddin Rzayev -
"Azərsu" Açıq
Səhmdar Cəmiyyətinin
prezidenti
Etibar Pirverdiyev
- "Azərenerji" Açıq
Səhmdar Cəmiyyətinin
prezidenti
2. Hökumət Komissiyasına tapşırılsın:
2.1. yaşayış yerini itirmiş ailələrə ilk növbədə həyati əhəmiyyətli məsələlərin həllində zəruri köməklik göstərsin, mənəvi-psixoloji sarsıntıya məruz qalmış insanların reabilitasiyası tədbirlərini həyata keçirsin;
2.2. uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısını hazırlasın;
2.3. təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın həcmini qiymətləndirsin, müvafiq kompensasiyaların məbləğlərini müəyyən etsin və onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlər görsün;
2.4. təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturların bərpası və yenidənqurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.5. həyata keçirilən tədbirlər haqqında əhalinin məlumatlandırılmasını təmin etsin;
2.6. təbii fəlakətlə bağlı görülən işlərin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi olaraq məlumat versin;
2.7. gələcəkdə mümkün ola biləcək belə halların qarşısının alınması üçün kompleks tədbirlərə dair təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 may 2010-cu il
Azərbaycan.- 2010.- 20 may.-
S. 1.