Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqındaAzərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikasının qanunlarına dəyişiklik əlavələr edilməsi barədəAzərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqındaAzərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikasının qanunlarına dəyişiklik əlavələr edilməsi barədəAzərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

 

1. qüvvədə olan qanunvericilik aktlarınınAzərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında  Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikasının qanunlarına  dəyişiklik əlavələr edilməsi barədəAzərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması haqqında təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;       

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3. öz səlahiyyətləri daxilindəAzərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında  Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikasının qanunlarına dəyişiklik əlavələr edilməsi barədəAzərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.  

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 may 2010-cu il.

 

Azərbaycan.- 2010.- 20 may.- S.  1.