Kamerun Respublikasının
Prezidenti zati-aliləri
cənab Pol Biyaya
Hörmətli cənab
Prezident!
Kamerun Respublikasının milli bayramı - Unitar dövlətin elan edilməsi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Ümidvaram ki, ölkələrimiz arasında təşəkkül
tapmaqda olan münasibətlər dostluq
və əməkdaşlıq
məcrasında inkişaf
edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza
sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 may 2010-cu il
Azərbaycan.- 2010.- 20
may.- S. 1.