Tacikistanda səfərdə olan Azərbaycanın xarici işlər naziri bir sıra ölkələrin dövlət rəsmiləri ilə görüşmüşdür

 

Tacikistanın paytaxtı Düşənbədə keçirilən İslam Konfransı Təşkilatı xarici işlər nazirlərinin 37-ci sessiyasında iştirak edən xarici işlər naziri Elmar Məmmədyarov bir sıra ölkələrin dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirmişdir.

E.Məmmədyarovun ilk görüşü Tacikistan Prezidenti Emoməli Rəhmon ilə olmuşdur.

Görüşdə Azərbaycan ilə Tacikistan arasında münasibətlərin yüksək səviyyədə olduğu vurğulanmış, əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. Ölkələrimiz arasında əməkdaşlıq sahələrinin geniş potensialının mövcudluğunu qeyd edən tərəflər onlardan səmərəli istifadə olunmasının zəruriliyini bildirmişlər.

Bundan əlavə, E.Məmmədyarov Qazaxıstanın xarici işlər naziri Kanat Saudabayev, Mərakeş Krallığının xarici işlər əməkdaşlıq üzrə dövlət katibi xanım Latifa Akharbach, Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq xaricdəki qambiyalılar üzrə naziri Usman Cammeh, Əfqanıstanın xarici işlər naziri Zalmai Rassoul, Oman Sultanlığının xarici işlər üzrə məsul naziri Yusuf bin Alavi bin Abdulla, Liviyanın xarici işlər üzrə dövlət naziri Mohammed Barrani, BƏƏ-nin xarici işlər naziri Şeyx Abdulla bin Zayed, Suriyanın xarici işlər naziri Valid Al-Muallim Mavritaniyanın xarici işlər əməkdaşlıq naziri xanım Naha Mint Muknass ilə ikitərəfli görüşlər keçirərək, ölkələrarası münasibətlərin cari vəziyyəti digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 20 may.- S.  2.