Prezident İlham Əliyev paytaxtın müxtəlif yerlərində piyada keçidlərinin açılışında iştirak etmişdir

 

 Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də paytaxtın müxtəlif yerlərində yenidən qurulmuş yeni inşa olunmuş piyada keçidlərinin açılışında iştirak etmişdir.

Dövlət başçısı əvvəlcə Füzuli meydanında əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş yeraltı piyada keçidi ilə tanış olmuşdur.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş piyada keçidində görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, paytaxtda nəqliyyatın hərəkətinin sıx olduğu ərazidə yerləşən bu keçid yararsız vəziyyətdə idi piyadalar buradan çox az istifadə edirdilər. Bu isə nəqliyyatın piyadaların təhlükəsiz hərəkəti üçün qorxu törədirdi.

Prezident İlham Əliyev keçidin əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərə baxdı.

Dörd çıxışı olan keçidin ümumi uzunluğu 175 metr, eni 6 metr, hündürlüyü isə 2,2 metrdir. Keçidin pilləkənlərində əlil arabaları üçün panduslar vardır. Keçidin döşəməsi qranit mərmər plitələrlə üzlənmişdir. Əsaslı təmir yenidənqurma işlərində 200-ə yaxın işçi çalışmışdır. Keçiddə havalandırma, yanğınsöndürmə, müasir işıqlandırma sistemləri, müşahidə kameraları, mobil telefon rabitəsi üçün xüsusi cihazlar quraşdırılmışdır. Yeraltı suların yığılaraq kanalizasiya sisteminə ötürülməsi üçün 4 nasos qurğusu vardır.

Bildirildi ki, keçiddə 35-ə yaxın kiçik ticarət köşkləri vardır.

Dövlət başçısına ətrafda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verildi.

 

* * *

 

 Azərbaycan Prezidenti İlham Əliyev mayın 20-də Hüseyn Cavid prospektində, Azərbaycan Texniki Universitetinin binası qarşısında yeraltı piyada keçidində aparılmış yenidənqurma işləri ilə də tanış olmuşdur.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verərək bildirdi ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində bu yeraltı keçiddə təmir yenidənqurma işlərinə ötən ilin sonlarında başlanmışdı.

Uzunluğu 27 metr olan keçidin divarları, döşəməsi, işıq sistemi tamamilə yeniləşdirilmişdir. Dörd giriş-çıxışı olan keçiddə yenidənqurma işləri zamanı yerli xarici materiallardan istifadə olunmuşdur. Yenidənqurma işləri ən müasir səviyyədə həyata keçirilmiş keçidin pilləkənlərində əlil arabaları üçün panduslar düzəldilmiş, müşahidə kameraları quraşdırılmışdır. Piyada keçidində yağış süxur sularının axıdılması üçün drenaj xətləri inşa olunmuşdur. Yenidənqurma işlərində 50-ə yaxın işçi çalışmışdır.

Dövlət başçısı yeraltı keçidi gəzdi burada görülmüş işlərdən razılığını bildirdi.

 

* * *

 

 Prezident İlham Əliyev həmin gün Binəqədi rayonunda, Azadlıq prospektində, metronun "Azadlıq prospekti" stansiyası yaxınlığında inşa edilmiş yerüstü piyada keçidinin açılışında iştirak etmişdir.

Tikinti şirkətinin kollektivi dövlət başçısını hərarətlə qarşıladı.

Prezident İlham Əliyev nəqliyyatın hərəkətinin sıx olduğu ərazidə inşa edilmiş keçidin açılışını bildirən lenti kəsdi keçid ilə yaxından tanış oldu.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, tikintidə yüksək keyfiyyətli inşaat materiallarından avadanlıqdan istifadə edilmişdir. Ümumi uzunluğu 63 metr, yolun hərəkət hissəsindən hündürlüyü isə 5 metrdən çox olan keçid yükdaşıyan 16 kolonun üzərində dayanır.

Üç aşırımdan ibarət keçiddə fotosellə işləyən 4 ən müasir eskalator quraşdırılmışdır. Eskalatorlar piyada yaxınlaşan zaman işə düşür. Bu isə elektrik enerjisinə qənaət etməyə imkan verir. Keçidin hündürlüyü eni 3 metrdən çoxdur. Burada 16 sərinləşdirici ventilyasiya qurğusu quraşdırılmışdır. Xüsusi qurğu vasitəsilə işıqlandırma sistemi axşam saatlarında avtomatik rejimdə işə düşür. İşıqlandırma sistemi 2 yarımstansiya ilə qidalandırılır.

Keçidin texniki göstəriciləri ilə tanış olan Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  21 may.- S.  1.