Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2012-ci ilin avqust ayında Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, tanınmış dirijor bəstəkar, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı, Azərbaycan Dövlət Mükafatı Beynəlxalq Nehru Mükafatı laureatı Niyazinin (Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyovun) anadan olmasının 100 illiyi tamam olur.

Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifələrini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması az bir vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Niyazi Azərbaycan musiqisində bitkin dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi milli simfonizmin təşəkkülünə dəyərli töhfələr vermişdir.

Ölkəmizdə musiqi mədəniyyətinin inkişafı milli musiqinin təbliği sahəsində mühüm xidmətlər göstərən qüdrətli sənətkar Niyazinin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Turizm Nazirliyi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, Niyazinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 may 2010-cu il

 

Azərbaycan.- 2010.- 21 aprel.- S. 1.