Türkiyə Respublikasının Prezidenti zati-aliləri cənab Abdullah Gülə

 

Hörmətli cənab Prezident!

Əziz qardaşım!

Zonquldak vilayətindəki "Karadon" kömür şaxtasında baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə yaxın adamlarına, bütün Türkiyə xalqına öz adımdan Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 20 may 2010-cu il

 

Azərbaycan.- 2010.-  21 may.- S.  1.