Mətbuat Şurasının
ATƏT-lə birgə
layihəsi üzrə
dəyərləndirmələr aparan bolqarıstanlı ekspert Oqnyan Zlatov şuranın İdarə Heyətinin üzvləri ilə görüşmüşdür
Mayın 19-da ATƏT-in Bakı ofisi tərəfindən ölkəmizə dəvət olunan ekspert, Bolqarıstanın media inkişafı üzrə mərkəzinin rəhbəri Oqnyan Zlatov ilə Azərbaycan Mətbuat Şurasının (MŞ) İdarə Heyəti üzvlərinin görüşü keçirilmişdir.
Görüşdə çıxış edən avropalı qonaq bildirmişdir ki, Azərbaycana gəlişindən əsas məqsəd ATƏT-in Bakı ofisinin Mətbuat Şurası ilə diffamasiya haqqında qanunun qəbuluna və jurnalistlərin peşə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı birgə layihəsinə dair dəyərləndirmələr aparmaqdır. Bundan əlavə, səfər müddətində qonaq ölkəmizdə söz və mətbuat azadlığının mövcud durumu ətrafında yerli kütləvi informasiya vasitələri, jurnalist təşkilatlarının rəhbərləri və dövlət qurumlarının təmsilçiləri ilə müzakirələr aparacaqdır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov diffamasiya haqqında qanunun qəbulu prosesinin gücləndirilməsi, qanun layihəsinin hazırlanaraq ölkə parlamentinə təqdim edilməsi sahəsində MŞ-nin fəaliyyətinin artırılması ilə bağlı ATƏT-in Bakı ofisinin təşəbbüsünü müsbət qiymətləndirmişdir.
Vurğulanmışdır ki, layihə çərçivəsində beynəlxalq ekspertlərin ölkəmizə dəvəti və bu istiqamətdə tədbirlərin keçirilməsi də nəzərdə tutulmuşdur.
Tədbirdə avropalı qonağa
MŞ-nin iş prinsipləri, xüsusən
də katibliyin fəaliyyəti, şikayətlər
üzrə komissiyanın
iş mexanizmləri, idarə heyətinin qərar və rəylərinin qəbulu məsələləri və
bu istiqamətdə digər prosedur qaydaları haqqında ətraflı məlumat verilmişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 21 may.- S.
3.