Tokioda Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının Yaponiya-Azərbaycan iqtisadi komitəsinin VI birgə iclası

 

Tokioda Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının Yaponiya-Azərbaycan iqtisadi komitəsinin VI birgə iclası keçirilmişdir.

Yüksək vəzifəli şəxslərdən ibarət Azərbaycan nümayəndə heyətinə Baş nazirin müavini, komissiyanın sədri Abid Şərifov rəhbərlik etmişdir.

İclasda Yaponiya hökumətinin səlahiyyətli şəxsləri özəl sektorun nümayəndələri iştirak etmişlər.

Tərəflər iki ölkə arasında iqtisadi ticarət münasibətləri barədə fikir mübadiləsi aparmışlar.

Baş nazirin müavini A.Şərifov ölkəmizdə mövcud iqtisadi vəziyyət, inkişaf perspektivləri barədə məlumat vermişdir. Fövqəladə hallar, kənd təsərrüfatı, turizm, nəqliyyat, səhiyyə, gənclərlə , əhalinin sosial müdafiəsi, ekologiya, standartlaşdırma sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı Azərbaycan tərəfini maraqlandıran təkliflər müzakirə edilmişdir. Həmçinin, alternativ bərpa olunan enerji mənbələrinin istifadə edilməsi üzrə bir çox məsələlərə baxılmışdır. Yaponiya şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaq imkanları müzakirə edilmişdir.

Yekunda iclasın protokolu imzalanmışdır.

Komissiyanın iclası çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondu, Azərbaycanın Yaponiyadakı səfirliyinin yardımı ilə "Hazırkı iqtisadi vəziyyət investisiya imkanları" mövzusunda forum da təşkil olunmuşdur.

Forumda Baş nazirin müavini Abid Şərifov çıxış etmişdir. Tədbirdə Azərbaycandan 30-dan çox şirkət müəssisənin nümayəndələri, Yaponiyanın isə 100-ə yaxın özəl sektor təmsilçiləri iştirak etmişlər. Forumda Azərbaycanın iqtisadi inkişafı, investisiya mühiti prioritet sahələrinə dair, həmçinin Transmilli Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi barədə, ölkəmizin turizm potensialı haqqında, neft qaz sənayesinin hazırkı durumu gələcək inkişaf perspektivləri barədə, alternativ bərpa olunan enerji imkanları ilə bağlı, kənd təsərrüfatı məhsullarının istehsalı emalı ilə əlaqədar təqdimatlar keçirilmişdir.

 

 

Azərbaycan.- 2010.- 21 may.- S.  4.